
Mingəçevirli azarkeşlər İcra Hakimiyyətindən narazıdırlar
Azərbaycan 1-ci Liqasında yeni mövsümə start verilib. Mingəçeviri təmsil edən “ASTA Mingəçevir” ilk turda bu gün ötən mövsüm Premyer Liqada mübarizə aparan “Səbail”in qonağı olacaq.
Amma mingəçevirlilər komandaya olan münasibətdən narazıdırlar. Komanda.az-a bu barədə mingəçevirli azarkeşlərdən şikayət məktubu daxil olub. Azarkeşləri narazı salan Mingəçevir İcra Hakimiyyətinin komandaya göstər(mə)diyi münasibətdir.
Məktubda qeyd olunur ki, “ASTA Mingəçevir” artıq yeni mövsümün ilk oyununa çıxır, amma şəhərin İcra Hakimiyyəti komanda üçün vacib vaxtda nə klub rəhbərliyi, nə də futbolçularla görüşüb. Bu münasibət isə komandanın azarkeşlərini narazı salıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


