
“Mingəçevir Reqatası”nın vaxtı məlum olub
Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nın vaxtı müəyyənləşib.
Komanda.az xəbər verir ki, yarış 25-27 oktyabr tarixlərində təşkil olunacaq.
Turnirdə 10-a yaxın ölkənin iştirakı gözlənilir. Reqata ancaq Mingəçevir şəhərində keçiriləcək.
2022-ci ildə “Mingəçevir Reqatası” 21-23 oktyabra təsadüf edib və birinci mərhələ Suqovuşanda baş tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin