Min toyuq, bir yumurta

Kürşad

Çayxana

  • Qağaaa, bayaxdan hardasan ee. Yarım saat əvvəl deyibsən çatıram, bir saat keçib e.
  • Qardaş canı, bi “probka” var idi, dəyşət. Şəhərə girməy olmur. Sən zəng eliyəndə elə bildim yarım saata çataram. Mən nə bilim bu qədər gecikəcəm. Yaxşı, hirslənmə. Çaydan süz görəy.
  • Hirsləmmirəm e. Bir saatdı ağac olmuşam burda, zəngə də cavab vermirsən. Nəysə, eybi yox. Qağaaa!
  • Hə.
  • Sən də getmişdün ora?
  • Hara?
  • AFA-dı, nədi, ora.
  • AFFA.
  • Hə də, onu deyrəm. Getmişdün?
  • Yox.
  • Bə niyə?
  • Əşşi, nə işim var mənim orda? Əvvəldən bilinirdi də onsuz orda nə olacağı.
  • Yenə Rövnəx oldu prezident, hə?
  • Hə.
  • Deyir Elxanın da vəzifəsini böyüdüblər, düzdümü?
  • Hə, vitse-prezident oldu.
  • Qağaa, indi bınnar bu qədər pul qazanıllar, fitbola da çoxlu pul qoyulur. O boyda stadion tikiblər. Olimpiya stadionudu, nədi, o. Bə niyə hamı narazıdı e?
  • Narazı olallar da. Hesab elə ki, sən pul qoyursan, min dənə toyuq alırsan. Oturub gözləyirsən ki, toyuqlar nə vaxt yumurta çıxardacağ. Axırda da elə olur ki, bir ətək pul töküb aldığın toyuqlardan cəmi biri bir dənə yumurta çıxardır. Sən narazı olmassan?
  • Olaram. Basıb o toyuğların gözlərini çıxarram yumurta əvəzinə. Xi-xi-xi-xi.
  • Ay sağ ol! İndi camaat da ona görə narazıdı ki, milyon manatlarla pul tökülür futbola, axırda bizim milli komanda seçmə mərhələdə cəmi-cümlətanı bir xal qazanır.
  • Qağaaa!
  • Hə.
  • Buna yazıx Elxan, ya da Rövnəx neynəsin eee, fitbolçu çıxmır da bizdən.
  • Futbolçu çıxmır məsələsi deyil e. Lap deyək, sən deyəndi, futbolçu çıxmır. Sənin maşının var?
  • Yox, ay qağa, hardan olsun?
  • Evin var?
  • Öz evim yoxdu, şükür Allaha, dədəmin evində qallam hələ ki.
  • Ayda nə qədər qazancın olur?
  • Olanda beş yüz manat, olmayanda üç yüz manat. Niyə soruşussan?
  • Sən sualıma cavab ver… Ömründə heç bir dəfə xarici ölkədə olmusan?
  • Yox, hardan olum, rəhməttiyin nəvəsi? Xi-xi-xi-xi. Məndə o pul hardandı xaricə gedim? Amma inşalla, imkanım olan kimi Ukraynıya gedəcəm. Görək də…
  • İnşallah, gedərsən. Başqa söz deyirəm e. Bax, sənin maşının yoxdu, evin yoxdu, maaşın da ki, qəpiy-quruş. Özün də Allah bilir, nə vaxtsa xaricə gedə biləcəksən, ya yox. Düzdü?
  • Həəə.
  • Əla! İndi belə bir şey deyim də… Sən futbolçu ola bilərsən?
  • Məən? Nə bilim, ay qağa. Olaram e, amma yaxşı oynayammaram axı mən.
  • Yəni yaxşı futbolçu olmazsan da, hə?
  • Həə.
  • Yaxşı futbolçu olmasan, amma yaxşı pullar qazansan, camaatın səni tənqid eləməyə, söyməyə haqqı olar, olmaz?
  • Olar, qağa, niyə olmaz ki?
  • Vəssalam da. Özün də bayaq dedin ki, bir ətək pul töküb, min dənə toyuq alsan, o toyuqlar cəmi bir dənə yumurta çıxarsa, sən də onların gözlərini çıxararsan.
  • Həə, dedim.
  • Onda elə düşün ki, ətək-ətək pul tökülən milli komandamızın seçmə mərhələdə cəmi-cümlətanı bir xal qazanmasına görə camaatın basıb onların gözlərini çıxarmağa haqqı var. Evinə ətək-ətək pul aparan, bahalı avtomobillərdə gəzən, günü xarici ölkələrdə keçən Elxanın da canını almağa. Yəni elə hesab elə ki, bu adamların səndən, məndən çox da fərqi yoxdu, amma hamısı səndən, məndən azı yüz dəfə yaxşı yaşıyır. Bahalı evlərdə oturullar, bahalı kafelərdə yeyib-içirlər, bahalı avtomobillər sürüllər, brend markalı geyimlər geyinillər. Oynadıqları oyun nədi? Heç nə, yekə bir sıfır.
  • Qağa, bınnar yəni o qədər çox qazanıllar?
  • Əlbəttə! Özü də, sənin, mənim pulumu.
  • Vay müftəxorlar! Vay haramzadalar! Burnunuzdan gəlsin o pullar!
  • Hirslənmə. Hi-hi-hi.
  • Qağaa.
  • Hə.
  • Sən öl, “nerviləndim”, çay süz.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button