Milnerin yeni klubu bilindi

“Liverpul”dan azad agent kimi ayrılan Ceyms Milnerin yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, o, Premyer Liqanın digər təmsilçisi “Brayton”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Ceyms Milner 2015-ci ildən oynadığı “Liverpul”dan bu ay ayrılıb. İngilis yarımmüdafiəçi bu komandada 332 matça çıxıb, 26 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button