Milneri “Brayton”a keçməyə o razı salıb
“Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner karyerasını “Brayton”da davam etdirəcək.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçunu “qağayılar”a keçməyə razı salan Adam Lallana olub.
Xatırladaq ki, Lallana 2014-2020-ci illərdə Mersisayd təmsilçisində çıxış edib. 2020-ci ildən o, “Brayton”un formasını geyinir.
Milner cari mövsümdə “qırmızılar”ın heyətində bütün turnirlər daxil olmaqla 39 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin