Milner 5-ci oldu

“Liverpul” İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində “Brayton”a 3:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyun “qırmızılar”ın futbolçusu Ceyms Milner üçün əlamətdar olub. Milnerin 80-ci dəqiqəsində meydana çıxdığı qarşılaşma 34 yaşlı futbolçunun İngiltərə Premyer Liqasında 536-cı oyunu olub. Bu göstərici ilə o, liqada ən çox oyun keçirən futbolçuların siyahısında ilk 5-liyə daxil olub. Milner siyahının 5-ci pilləsində qərarlaşıb.

Çempionat tarixində ən çox oyun keçirən isə Qaret Barridir. O, ümumilikdə 653 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button