
Millətlər Liqasının ən yaxşıları bilindi FOTOLAR
UEFA Millətlər Liqasının müxtəlif nominasiyalar üzrə ən yaxşı futbolçuları məlum olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, turnirin ən yaxşı futbolçusu Portuqaliya millisinin üzvü Bernardo Silva, bombardir isə Kriştiano Ronaldo olub. Portuqaliyalı hücumçu turnirdə 3 qol vurub.
Millətlər Liqasının ən yaxşı gənc futbolçusu isə Hollandiya millisinin yarımmüdafiəçisi Frenki de Yonq olub.
Millətlər Liqasının final matçında Portuqaliya ilə Hollandiya qarşılaşıb. Görüş portuqalların 1:0 hesablı qələbəsiylə başa çatıb.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin