Türkiyə millisində itki – heyətdən çıxarıldı

UEFA Millətlər Liqasında sentyabrın 3-də Macarıstanla qarşılaşacaq Türkiyə milli komandası ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın müdafiəçisi Mert Çetin zədələnib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi yığmanın Macarıstan və Serbiya ilə oyunları üçün heyətindən çıxarılıb.

Türkiyə millisi sentyabrın 3-də evdə Macarıstanla, 6-da səfərdə Serbiya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button