Qazaxıstan millisi Moldova üzərində əzmkar qələbəyə sevindi

Bu gün UEFA Millətlər Liqasında pley-off oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparıb.

Saat 21:00-da start götürən oyunlarda Estoniya millisi Kipri, Moldova yığması isə Qazaxıstanı qəbul edib. Estoniyadakı matçda qapılara qol vurulmayıb. Moldovadakı görüşdə isə hesabı meydan sahibləri açıblar. Amma ikinci hissədə iki qol vurmağa nail olan qazaxlar yekunda əzmkar qələbəyə seviniblər. Cavab matçları martın 29-da keçiriləcək.

Moldova – Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.

Estoniya – Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlubu isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası, pley-off, ilk oyunlar

24 mart

Moldova – Qazaxıstan 1:2
Qol
: Nikolaesku, 45+1 – Malıy, 64. Posmak, 79-öz qapısına.

Estoniya – Kipr 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button