Millətlər Liqası: Azərbaycan millisinin 2 oyun üçün heyəti açıqlanıb

Azərbaycan millisinin oktyabrın 11-də səfərdə Estoniya, 14-də evdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti məlum olub.

Komanda.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.

Milli komanda oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da “Neftçi” Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, saat 18:00-da “Lilleküla” stadionunda Estoniya ilə oyunöncəsi son məşqə çıxaracaq. Milli Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

1Mehdi CənnətovSumqayıt
2Rza CəfərovNeftçi
3Aydın BayramovZirə
4Bəhlul MustafazadəQarabağ
5Abbas HüseynovQarabağ
6Qismət AlıyevZirə
7Rahil MəmmədovRadomiak Radom, Polşa
8Zamiq Əliyev“Eqnatia”, Albaniya
9Bədavi HüseynovQarabağ
10Anton KrivotsyukDaejeon Hana Siti, Cənubi Koreya
11Şəhriyar ƏliyevTuran Tovuz
12Elvin CəfərquliyevQarabağ
13Coşqun DiniyevBandırmaspor, Türkiyə
14Elvin CamalovSabah
15Aleksey İsayevQarabağ
16Xəyal NəcəfovTuran Tovuz
17Ceyhun NuriyevZirə
18Emin MahmudovNeftçi
19Toral BayramovQarabağ
20Ozan Can KökçüHJK, Finlandiya
21Rüstəm ƏhmədzadəZirə
22Ramil ŞeydayevNeftçi
23Mahir EmreliNürnberq, Almaniya
24Renat DadaşovAnkaragücü, Türkiyə
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button