“Milliyə dəvət almışam” – Eddi İsrafilov
“Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Gözəl oyun oldu. İki güclü komanda qarşılaşdı. Hər ikisi yüksək yerlər uğrunda mübarizə aparır. İlk qolu biz vurduğumuz üçün üstünlük bizim tərəfimizə keçdi və qələbə qazandıq”.
30 yaşlı yarımmüdafiəçi öz üzərində çox işlədiyini bildirib: “Çalışıram ki, maksimumu verim. Bu, uzun yoldur və burada sənə dəstək verən çox adam olmur. Sonda daha yaxşı nəticə göstərmək üçün çox çalışmalıyam”.
Təcrübəli oyunçu 2 ildən sonra yenidən yığmaya çağırıldığını təsdiqləyib: “Milli komandaya dəvət almışam. Çalışacağam ki, orada da əlimdən gələni edim və yığmaya köməyim dəysin”.
O, sonda vurduğu qolları qızına həsr etdiyni söyləyib: “Hazırda ancaq “Neftçi”nin uğurlarını düşünürəm. Adaptasiya dövrünü keçmişəm. İndi bütün fikrim komandamdadır”.
Bizi Facebook-da izləyin