Neymar Ançelottini yalançı çıxardı

”Santos”un hücumçusu Neymar sentyabrda keçiriləcək toplanış üçün Braziliya millisinə çağırılan futbolçuların siyahısında yer almayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Karlo Ançelotti forvardın yoxluğunu səhhətindəki problemlərlə izah edib. Lakin futbolçu özü baş məşqçinin fikirlərini təkzib edib:

“Mənim əzələmdə şişlik var idi, amma ciddi bir şey yox idi. Mən texniki səbəblərdən milliyə çağırılmadığımı düşünürəm. Bunun fiziki vəziyyətimlə bağlı olduğunu düşünmürəm”.

Braziliya millisi artıq 2026-cı il dünya çempionatına vəsiqəni təmin edib. Turnir üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button