Millinin üzvü A Seriyasında klub dəyişdi

İtaliyanın “Frozinone” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”dan Luka Valçaniyanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Valçaniya mövsümün sonuna qədər icarə əsasında “Frozinone”də çıxış edəcək.
22 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Atalanta” formasıyla 4 qarşılaşmada iştirak edib
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin