Millinin toplanışına gələ bilməyən İsrafilov yoxlama matçında oynadı

İspaniyanın “Albasete” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi sözügedən komanda Sequnda təmsilçisi “Kastelyon”la üz-üzə gəlib.

Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1. Millimizin yarımmüdafiəçisi bu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin yenicə başlayan təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib.

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button