Ukrayna millisinin yeni baş məşqçisi məlumdur

Ukrayna millisinin yeni baş məşqçisi Sergey Rebrov olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis Ukrayna Futbol Assosiasiyası ilə ilkin müqavilə imzalayıb.

Rebrov hazırda çalışdırdığı Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu ilə iyunun sonuna kimi olan müqaviləni yeniləməmək qərarını verib.

Assosiasiyanın tezliklə yeni baş məşqçi ilə 3 illik müqavilə imzalandığını açıqlaması gözlənilir. Rebrov bu postda debütünü iyunun 12-də Almaniya millisi ilə keçiriləcək yoldaşlıq matçında edəcək.

Rebrov futbolçu kimi 1992-2006-cı illərdə Ukrayna yığmasında çıxış edib. O, 2021-ci ilin yayından “Əl-Əyn”ə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button