Ukraynalı sabiq futbolçuya 12 illik həbs cəzası
Ukraynalı sabiq futbolçu Vasili Vasilenko Rusiyada həbs edilib.
Komanda.az xəbər verir ki, sabiq futbolçu cəsusluqda ittiham edilir. Moskva Şəhər Məhkəməsi bu səbəblə ona 12 il həbs cəzası verib.
Vasilenko cəzasını ciddi rejimli koloniyada çəkəcək. O, həmçinin qadağan olunmuş maddələri sərhəddən qanunsuz keçirməkdə günahlandırılır.
Vasilenko 1992-2001-ci illərdə Ukraynanın “Tavriya”, “Torpedo” və “Drujba” klublarında çıxış edib. O, 2019-cu ilin oktyabrında Moskvada saxlanılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin