
Millinin sabiq futbolçusu xərçəng xəstəliyindən vəfat edib
Latviya millisinin sabiq futbolçusu Gints Freymanis xərçəng xəstəliyindən vəfat edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş müdafiəçi 40 yaşında ölüb.
2021-ci ildə Gintsə melanoma diaqnozu qoyulmuşdu.
Ölkəsində bir neçə komandanın formasını geyinmiş oyunçu 2014-2018-ci illərdə yığmada də çıxış edib və bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin