“Millinin qapıları Ramosun üzünə həmişə açıqdır”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Sevilya”nın müdafiəçisi Serxio Ramosun milliyə qayıda biləcəyini deyib.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispan mütəxəssis millinin qapılarının Ramosun üzünə açıq olduğunu bildirib:

“Hesab edirəm ki, milliyə çağırılan futbolçulara həmişə hörmətlə yanaşmaq lazımdır. Məncə, Ramos milli ilə vidalaşıb. Amma bizim qapılarımız onun üzünə həmişə açıqdır. Bunun təbii olaraq baş verə biləcəyini də başa düşürük”.

37 yaşlı futbolçu 2005-2021-ci illərdə İspaniya millisinin formasında 180 matça çıxıb, 23 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button