Millinin qapıçısı üçün 2 “elçi”

İngiltərəli qapıçı Cordan Pikford cari mövsümün sonunda “Everton”u tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Tottenhem” maraqlanır.

İngiltərəli qapıçı 2017-ci ildə “Sanderlend”dən “Everton”a keçib. O, bu müddətdə Mersisayd təmsilçisinin heyətində 217 matça çıxıb, 313 qol buraxıb və 57 dəfə qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

Pikford 2017-ci ilin noyabrında İngiltərə millisində debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button