Millinin oyununda Çingiz İsmayılovun xatirəsi yad ediləcək

Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün “Bank Respublika Arena”da keçirəcəyi yoxlama görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.

Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button