Millinin müdafiəçisi DÇ-2022-ni buraxacaq
“Çelsi” klubunda çıxış edən İngiltərə millisinin futbolçusu Ris Ceyms bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ceyms İtaliyada “Milan”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda zədələnib. 23 yaşlı müdafiəçi 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin