Millinin məşqçisi komandadan ayrılacaq – Rəsmi

Almaniya millisinin baş məşqçisinin köməkçisi Sandro Vaqner komandanı tərk etmək qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssis UEFA Millətlər Liqasının oyunlarının sonuna kimi millidə çalışacaq. İyunun 4-də Almaniya yığması turnirin yarımfinalında Portuqaliya millisi ilə qarşılaşacaq. Komanda iyunun 8-də isə finalda və ya üçüncü yer uğrunda görüşdə çıxış edəcək.

Baş məşqçi Yulian Naqelsmannın sözlərinə görə, keçmişdə “Bayern”in və Almaniyanın bir neçə digər klubunun oyunçusu kimi tanınan Vaqner bütün diqqətini müstəqil işlərə yönəltmək istəyir. Əvvəllər milli komanda rəhbərliyi mütəxəssisə 2028-ci ilə qədər olan yeni müqavilə təklif etsə də, o, bundan imtina edib.

Vaqner Almaniya millisinə qoşulmazdan əvvəl iki il üçüncü divizionda çıxış edən “Yunterhaçinq” komandasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button