Millidə zədələndi, Premyer Liqa matçını buraxdı

“Liverpul”un qapıçısı Alisson Bekker Premyer Liqanın 30-cu turunda “Everton”la matçda meydana çıxmayıb.

Komanda.az mersisaydlıların mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı qolkiper beyin silkələnməsi səbəbindən oyuna daxil ola bilməyib.

Alisson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində, martın 21-də Braziliya – Kolumbiya matçında zədələnib. O, bu mövsüm “qırmızılar”ın heyətində 28 matçda iştirak edib, onlardan 12-də qapısını toxunulmaz saxlaya bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button