Millinin heyətində dəyişiklik edildi
Oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək U-19-un heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev (“Qarabağ”) və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıb.
Onların əvəzinə Əkbər Eybov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulub.
Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin