
Millinin futbolçusu zədələnib
“Bayern”in futbolçusu Leon Qoretska zədələnib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Almaniya millisinin düşərgəsində olan zaman xəsarət alıb. O, Belçikaya qarş keçirilən yoldaşlıq oyununda (2:3) zədələnib.
Qoretskanın zədəsi yüngüldür və o, Bundesliqada lider “Borussiya”ya (Dortmund) qarşı keçiriləcək oyunda meydana çıxa bilər.
“Bayern” – “Borussiya” görüşü aprelin 1-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin