Millinin keçmiş futbolçusu vəfat etdi
“Teqavaharo Miyazaki”nin hücumçusu Masato Kudo xəstəxanada vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib. Kudo oktyabrın əvvəlində hidrosefali diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yapon futbolçu beyin əməliyyatından sonra reanimasiyada idi.
Kudo yığmanın heyətində dörd oyun keçirib və iki qol vurub. Mərhum hücumçu ölkəsində “Kasiva Reysol”dakı çıxışına görə tanınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin