Kəllə-beyin zədəsi alıb – Millinin futbolçusu
Misir millisinin yarımmüdafiəçisi Emam Aşur komandanın məşqi zamanı ağır zədə alıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafəçi məşq zamanı “salto” edib. Nəticədə, o, kəllə-beyin travması və beyin silkələnməsi alıb.
Futbolçu Afrika Kubokunun 1/8 final mərhələsində Konqo ilə matçda komandasına kömək edə bilməyəcək.
Daha əvvəl Misir yığmasının heyətində “Liverpul”un hücumçusu Məhəmməd Salah da zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin