
Millinin futbolçusu əməliyyat olundu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçi sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



