Millinin futbolçularında dopinq aşkarlandı
Avstriyanın “Zalsburq” klubunun iki futbolçusunda dopinq aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə Məhəmməd Kamara və Seku Koytadan noyabrın 22-də götürülmüş dopinq testlərin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. Onlar qadağan olunmuş maddəni Mali yığmasının düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər.
Hər iki futbolçu həmin vaxt Afrika Millətlər Kubokunun Nambiya ilə səfər oyununda meydana çıxıb. Qarşılaşma dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən stadionda keçirilib.
Klubdan verilən açıqlamada futbolçuların buna görə hər hansı cəza almayacağı və komandada qalacağı, həmçinin məsələni aydınlaşdırmaq üçün UEFA və əlaqədar qurumlarla əməkdaşlıq ediləcəyi bildirilib.
Bizi Facebook-da izləyin