Millinin fotosessiyasına çəkilmək istəməyən Mbappe ilə bağlı açıqlama
PSJ-nin hücumçusu Kilian Mbappenin vəkili Delfin Verheijden futbolçunun Fransa millisi ilə reklam fotosessiyasına çəkilmək istəməməsinə münasibət bildirib.
Komanda.az “Ouest France”-yə istinadən xəbər verir ki, vəkil Mbappenin hərəkətinə haqq qazandırıb:
“Zaman dəyişir, idmançılar da. Gənc nəsil artıq güzəştə getməyə hazır deyil. Mənim işim idmançıların şəxsiyyət üçün əsas olan imic hüquqlarından məhrum olmamalarını təmin etməkdir.
Mən oyunçunu dinləyirəm və ona nə düşündüyünü öyrənməyə kömək edirəm. Müştərim və mən nəyin doğru olduğunu bilirik”.
Xatırladaq ki, daha əvvəl 23 yaşlı Mbappe imicinə dair hüquqların bukmeker kontorlarına və fast food restoranlarına keçməsindən məyus olduğu üçün fotosessiyada iştirakdan imtina etmişdi.
Xəbərdə bildirilir ki, sentyabrın 20-də Mbappe millinin fotosessiyasında iştirak edəcək. Fransa Futbol Federasiyası millinin baş məşqçisi Didye Deşam, kapitan Uqo Lloris, vitse-kapitan Rafael Varan və Mbappe ilə görüş keçirməyə məcbur olub. Bunun ardınca federasiya bəyanat yayaraq, oyunçuların imic hüquqları ilə bağlı qərarlarına yenidən baxılacağını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin