Millinin forvardı “Zenit”də
Rusiyanın “Zenit” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Rubin”dən Sərdar Azmunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı hücumçuyla 3,5 illik müqavilə imzalanıb.
“Zenit” Azmun üçün klubuna 12 milyon avro ödəyəcək.
Azmun İran millisinin də formasını geyinir. Yığmada 43 oyun keçirən forvard, 27 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin