Millinin baş məşqçisi qovuldu

Futbol üzrə Kosta Rika yığmasının baş məşqçisi Ronald Qonsales istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Kosta Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Kosta Rika yığması bu gün ABŞ-la yoxlama oyunu keçirib. Qarşılaşma bu komandanın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçdan dərhal sonra baş məşqçi istefaya göndərilib.

Qeyd edək ki, Ronald Qonsales 2019-cu ildən Kosta Rika yığmasına rəhbərlik edirdi. Bu komanda onun rəhbərliyi altında keçirdiyi son 10 oyunda qələbə qazana bilməyib. Sonuncu dəfə 2019-cu ilin noyabrında Kurasaoya qalib gələn kosta-rikalılar, ondan sonrakı görüşlərdən cəmi ikisində heç-heçə etdikləri halda, qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button