Millinin baş məşqçisi qovuldu
Futbol üzrə Slovakiya millisinin baş məşqçisi Pavel Hapal istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə Slovakiya Futbol İttifaqının (SFZ) rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssis UEFA Millətlər Liqasındakı uğursuz nəticələrə görə istefaya göndərilib. SFZ rəhbərliyi komandanın Şotlandiyaya 0:1, İsrailə 2:3 hesabı ilə uduzduqları görüşü qeyri-kafi hesab edib.
Hapal Slovakiya yığmasını 2018-ci ilin oktyabrından çalışdırırdı. Çex mütəxəssis daha öncə bu ölkənin U-21 millisinin da baş məşqçisi olub.
SFZ millinin yeni baş məşqçisinin adının çərşənbə axşamı açıqlanacağını bildirib.
Qeyd edək ki, Slovakiya yığması AÇ-2020-nin pley-off mərhələsinin finalında Şimali İrlandiya ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 12-də gerçəkləşəcək.
Bizi Facebook-da izləyin