
Skaloni: “Messi bacardığı qədər oynasın”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messi ilə bağlı yeganə istəyini dilə gətirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı Messinin komandada olmasının çox xoş olduğunu bildirib:
“Messi bacardığı qədər oynasın. Ondan xahiş etdiyim tək şey budur. Çünki onu meydanda izləmək və komandada olması çox xoşdur”.
Argentina millisi dünya çempionatının seçmə mərhələsində dünən Boliviyanı məğlub edib (6:0). Messi het-trik edib, 2 məhsuldar ötürmə verib.
Argentina yığması noyabrda Paraqvay və Peru milliləri ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin