“Real”ın futbolçusu ilə bağlı sual millinin baş məşqçisini hirsləndirdi
Braziliya millisinin baş məşqçisi Dorival Junior “Real”ın 18 yaşlı hücumçusu Endrikin DÇ-2026-nın noyabr ayında keçiriləcək seçmə mərhələ matçlarında yığmanın heyətində niyə yer almaması ilə bağlı suala sərt cavab verib.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, Dorival futbolçuları hazırlaşdırmağa vaxt olmadığını bildirib:
“Məşq etməyə və futbolçuları yaxşı formada saxlamağa vaxtımız yoxdur! Onlar klublarda özlərini göstərirlərmi? Bu, cavablandırılmalı olan sualdır”.
“Real”la ilk mövsümündə Endrik 9 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Braziliya millisi 10 turdan sonra dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Sambaçılar” noyabrın 14-də Venesuela ilə, noyabrın 19-da isə Uruqvayla qarşılaşacaq.
Bizi Facebook-da izləyin