“Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir” – Millinin baş məşqçisi
Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.
Komanda.az xəbər verir ki, 61 yaşlı rusiyalı mütəxəssis dəhşətli təyyarə qəzası ilə bağlı bunları deyib:
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin yaxınlarının hamısına başsağlığı verirəm. Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir”.
Təyyarə Bakıdan Qroznıya gedirmiş. Hazırda təyyarə qəzasında sağ qalan 28 nəfər haqqında məlumat var. Təyyarədə ümumilikdə 60-a yaxın insan olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin