Braziliya millisinin baş məşqçisi qovuldu

Braziliya millisinin baş məşqçisi Dorival Junior istefaya göndərilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gözlənildiyi kimi, 62 yaşlı mütəxəssisin qovulması özünü çox gözlətməyib.

Dorival Junior 2024-cü ilin yanvarından Braziliya millisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirilən son matçda DÇ-2026-nın seçmə mərhələsində Argentina yığmasına böyük hesabla uduzub (1:4).

Dorivalı əvəzləməsi ehtimal olunanlardan biri də “Real”ı çalışdıran Karlo Ançelottidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button