Millinin baş məşqçisi istefaya göndərildi
Kosta-Rika yığmasının baş məşqçisi Luis Fernando Suares istefaya göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda belə deyilir:
“İcraiyyə Komitəsinin qərarına əsasən, Luis Fernando Suares daha milli komandanın məşqçisi kimi çalışmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Yeni baş məşqçinin adı yaxın vaxtlarda açıqlanacaq”.
63 yaşlı mütəxəssis 2021-ci ildən Kosta Rika millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Suaresin rəhbərliyi altında komanda 36 oyun keçirib, 17 qələbə qazanıb, 12 məğlubiyyət alıb və 7 dəfə heç-heçə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin