Millinin baş məşqçisi istefaya göndərildi

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Faruk Hadjibegiç istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

65 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

İstefaya komandanın AÇ-2024-ün seçmə mərhələsindəki son üç oyundan məğlubiyyətlə ayrılması səbəb olub. Bosniya və Herseqovina yığması Lüksemburq və Slovakiyaya 0:2, Portuqaliyaya 0:3 hesablarıyla uduzub. Xüsusilə Lüksemburqda doğma meydandakı məğlubiyyət azarkeşlərin kəskin narazılığına səbəb olub.

Xatırladaq ki, Hadjibegiç bu ilin yanvar ayında millinin baş məşqçisi təyin olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button