
Millinin baş məşqçisi istefa verdiyini açıqlayıb
Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev istefa verdiyini açıqlayıb.
Komanda.az “Kazinform”-a istinadən xəbər verir ki, baş məşqçi bu qərarını dünya çempionatının seçmə mərhələsində Belçika millisinə 6:0 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlayıb:
“Baş verən hər şey, məğlubiyyət mənim günahımdır. Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacam və prezidentə məlumat verəcəm”.
Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsində Belçikaya 0:6 hesabı ilə uduzub. Qazaxlar daha əvvəl Uels (1:3, 0:1) və Şimali Makedoniyaya (0:1) da məğlub olub. Yeganə qələbəni isə Lixtenşteynlə görüşdə qazanıblar – 2:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



