Millinin baş məşqçisi ilə müqavilə yenilənmədi
Polşa Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçisi Çeslav Mixneviçlə müqaviləni avtomatik yeniləməkdən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Maraqlıdır ki, 52 yaşlı mütəxəssisin postundan kənarlaşdırıldığı da açıqlanmayıb. Məsələ burasındadır ki, onunla qüvvədə olan müqavilənin müddəti bu ilin 31 dekabrına qədərdir. Ondan sonra tərəflər əməkdaşlığı davam etdirib-etdirməyəcəklərinə birgə müzakirələrdən sonra aydınlıq gətirəcəklər.
Xatırladaq ki, Mixneviç bu ilin yanvar ayından Polşa yığmasına rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Qətərdə təşkil olunmuş DÇ-2022-də qrupdan çıxmağı bacarsa da, Fransa yığması ilə 1/8 final matçında məğlubiyyətə üzülmüşdü.
Bizi Facebook-da izləyin