Millinin baş məşqçisi məvacibinin azaldılmasına razı oldu

Futbol üzrə Paraqvay yığmasının baş məşqçisi Eduardo Berizzo üç aylıq maaşının bir hissəsindən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə Paraqvay Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, argentinalı mütəxəssis koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar aprel, may və iyun ayları üzrə məvacibinin 50 faizinin kəsilməsinə razı olub.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis daha öncə İspaniyanın “Atletik”, “Sevilya” və “Selta” klublarını da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button