Milli komandada baş məşqçi ayrılığı

Futbol üzrə Peru milli komandasının baş məşqçisi Rikardo Qareka postundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Peru Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Argentinadan olan 64 yaşlı mütəxəssislə müddəti bitən müqavilənin yenilənməsinə ehtiyac duyulmayıb.

Qareka 2015-ci ildən Peru yığmasına rəhbərlik edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button