Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

Futbol üzrə Yaponiya millisinin baş məşqçisi Moriyasu Hadzimenin müqaviləsinin müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssisin sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub.

Xatırladaq ki, Hadzime 2018-ci ildəki dünya çempionatından sonra yığmanın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında Qətərdəki mundialda 1/8 final mərhələsində Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button