Millinin baş məşqçisi ilə yeni müqavilə

Futbol üzrə Nigeriya milli komandasının baş məşqçisi Gernot Rorun müqaviləsinin müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, 66 yaşlı mütəxəssis 2022-ci ilin yayına qədər yığmanı çalışdıracaq.

Bu barədə Nigeriya Futbol Federasiyasının prezidenti Amaju Melvin Pinnik sosial şəbəkə hesabında məlumat yayıb. O, 2021-ci ilin Afrika Millətlər Kubokunun qalibi olmaq və DÇ-yə 2022-yə vəsiqə qazanmaq hədəflərinə məhz Rorla çatmaq istədiklərini açıqlayıb.

2016-cı ildən Nigeriya millisinin baş məşqçisi olan Rorun müqaviləsi iyuna qədər idi. Sözügedən komanda onun rəhbərliyi altında DÇ-2018-ə vəsiqə qazanıb, 2019-cu ilin Afrika Millətlər Kubokunda üçüncü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button