Millinin baş məşqçisi ilə bağlı qərar verildi

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Mixail Marxelin aqibətinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, federasiya rəhbərliyi 54 yaşlı mütəxəssisi postunda saxlamağa qərar verib.

Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə federasiyanın İcraiyyə Komitəsinin iclasında millinin baş məşqçisinin fəaliyyətini davam etdirməsinə qərar verildiyi diqqətə çatdırılıb. Bu isə onun müqaviləsinin sonuna – 2021-ci ilin dekabrına kimi yığmaya rəhbərlik edəcəyi anlamına gəlir.

Qeyd edək ki, Marxel 2019-cu ildən Belarus yığmasını çalışdırır. O, daha öncə ölkəsinin U-21 yığmasına da rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button