
Braziliyalıların Ançelotti xəyalı
“Real”ın çalışdırıcısı Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunacağı ilə bağlı söz-söhbətlər geniş vüsət almaqda davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyası xoş olmayan nəticələr fonunda hazırkı baş məşqçi Dorival Juniorla yollarını ayırmağı ciddi şəkildə düşünür. Rəhbərlik yayda Ançelottini bu posta təyin etməyi xəyal edir.
Danışıqlar hazırda davam etmir. Bu vəziyyətdə “Real”ın gələcək planlarından çox şey asılıdır.
Braziliyalılar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu yaxınlarda keçirilən oyunda Argentina millisinə (1:4) uduzublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin