Millinin 2 futbolçusu koronavirusa yoluxub
Futbol üzrə Almaniya milli komandası ciddi itkilərlə üzləşib.
Komanda.az xəbər verir ki, yığma komanda Manuel Noyer və Leon Qoretskanın xidmətindən məhrum olub.
Futbolçuların koronavirus testi müsbət nəticə verib. Hər iki futbolçu milli komandadan uzaqlaşdırılıb. Əvəzində “Hoffenhaym”ın qapıçısı Oliver Baumann milliyə çağırılıb.
Almaniya millisi UEFA Millətlər Liqasında Macarıstan və İngiltərə ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin