Millini Fransa ilə matça kim çıxarsın? – Biz 4 variant təklif edirik

Azərbaycan millisinin səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzmasından sonra bir sual daha da aktuallaşıb: bu komandanı Fransa ilə oyunda hansı faciə gözləyir?

Bu il oktyabrın 10-da keçiriləcək Fransa ilə səfər matçında Azərbaycan millisinin baş məşqçisi böyük ehtimalla, Fernandu Santuş olmayacaq. AFFA rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə yola davam etmək istəmədiyini açıqlayıb. O zaman milli komandanı vaxtı ilə “Oser faciəsi” (0:10) yaşadığımız fransızlarla oyuna kim çıxarsa, yaxşı olar? Biz öz variantlarımızı təqdim edirik.

Azərbaycan millisini Fransa ilə oyuna kim çıxarsın?

A) AFFA rəhbərliyi özü;
B) Fransa yığmasına nəhəng hesabla uduzmaq təcrübəsi olan qocaman, ağsaqqal məşqçimiz Ağasəlim Mircavadov;
C) Cismi Bakının çirkli, tozlu yollarında, süni örtüklü meydançalarında, xəyalı Avropanın böyük-böyük futbol arenalarında dolaşan idman mediasından 4-5 jurnalist;
D) AFFA “futbolçularımız qida zəhərlənməsi yaşayıb” desin, milli komanda fransızlarla oyuna getməsin, texniki məğlubiyyət alsın.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button