
Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.
Komanda.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Səudiyyə Ərəbistanı yığma komandası ilə 4 yoldaşlıq oyunu keçirəcək.
Su İdman Sarayının ərazisindəki çimərlik meydançasında keçiriləcək oyunlar 25, 26, 28, və 29 iyulda təşkil olunacaq. Oyunlar 18:00-da başlayacaq.
Hazırlıq prosesinə cəlb olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Kamran Qürbətov
Amid Nəzərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin